Menyu

Yeni Gömrük Qaydaları

Yeni Gömrük Qaydaları

“Smart customs” tətbiqi nədir və necə istifadə etməliyəm?

Bildiyiniz kimi, xarici ölkələrdən onlayn sifarişləriniz üçün sadəcə daşıyıcı firmanın saytında bəyannamə yaratmaqla bağlamalarınızı əldə edə bilirdiniz. Lakin Nazirlər Kabinetinin 305 saylı qərarına edilmiş dəyişikliyə əsasən artıq xarici ölkələrdən almış olduğunuz hər bir məhsul üçün “Smart customs” tədbiqi vasitəsilə bəyannamə yaradacaqsınız. Həmin tətbiqi mobil telefon və ya kompüterə yükləyərək istifadə edə bilərsiniz. Tətbiqi yüklədikdən sonra asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı və sifarişlərinizi şəxsi kabinetinizdən bəyan etməlisiniz.

Bəyan etmədiyiniz təqdirdə : Bağlamanız Baku Cargo Terminalında saxlanılacaq və bu müddətdə tərəfimizdən bağlamanızın gözlədiyi ilk gün üçün 10$, sonrakı hər gün üçün 1$ məbləğində cərimə tətbiq ediləcək. Bu müddətdə yaranmış bütün suallar qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunacaq.

Bəyannaməni nə zaman əlavə etməliyəm?

Sifarişləriniz Türkiyə anbarımıza (yəni statusu Türkiyə anbarında olanda) daxil olduqdan sonra Sizə “Sunex” şəxsi kabinetinizdə Bəyannamələr bölməsindən bağlamanın izləmə kodu gösdəriləcək. İzləmə kodu  və məlumatlar əsasında “Smart customs” tətbiqində bəyannamə yaradacaqsınız.

Yeni qaydalara əsasən xarici ölkələrdən onlayn sifariş etdiyiniz məhsullar üçün “Smart customs” tədbiqində bəyannamə yaratmaq vacibdir!

"Sifariş et" xidmətimizdən istifadə edən müştərilər üçün məlumat:

 Sifarişləriniz İstanbul anbarında sistemə daxil edildikdən (yəni statusu Türkiyə ofisində qeyd olunduqda) sonra profilinizdəki "Sifarişlər" bölməsində görünən məlumata görə SMART CUSTOMS proqramında bəyan etməlisiniz. Məlumatlar SUNEX profilinizdə necədirsə, eynilə proqramda da olmalıdır. Tracking nömrə (izləmə nömrəsi) hissəsinə isə Sifarişlər bölməsində sizə təqdim edilən tracking nömrə (izləmə nömrəsi) yazılmalıdır, o xanaya Müştəri kodunuzu yazmayın. Bu nömrə sizə sms vasitəsi ilə göndəriləcək, həmçinin SUNEX profilinizdə də görünəcəkdir. Qeyd edək ki, bağlama hansı Müştəri koda aid profilə daxil edilirsə, həmin şəxs tərəfindən bəyan edilməlidir.

DİQQƏT! “XARİCİ ANBAR” STATUSUNDA BAĞLAMASI OLAN MÜŞTƏRİLƏRİMİZİN NƏZƏRİNƏ!

 Bugündən etibarən xarici anbar statusunda olan bağlamalarınız üçün yuxarıda qeyd edilən şərtlərə əsasən “Smart customs” tədbiqində qeydiyyatdan keçməklə bəyannamə yaratmalısınız. Əks halda bağlamanızın təhvil alınması mümkün olmayacaq.

QEYD: Smart customs tədbiqi ilə bağlı bütün çətinliklər,  təklif  və iradlarınız üçün DGK-nin 195 qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur.